Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
“Miskin millət” obrazında rəsmi İrəvanın riyakarlığı və məkrli xisləti

0

  • Tarixin sınaqları onu göstərir ki, hər qələbə özünün arxasınca yeni qələbələr gətirir. Fərq etmir, istər döyüş meydanında, istərsə də siyasi müstəvidə. Bu da reallıqdır ki, qələbəni təmin etmək, onu qorumaq güclü sərkərdələrin bacarığı, iradəsi, siyasəti nəticəsində mümkün olur. Qalib dövləti daha da gücləndirmək üçün hərbi-siyasi, diplomatik müharibədə də daim zəfər çalmaq lazımdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə etdiyimiz Böyük Zəfərlə xalqımızda azərbaycançılıq ideologiyası daha da gücləndi. Dekabrın 12-də Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekofəallalar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası Laçın-Sərhəd keçid məntəqəsinin qoyulması ilə məntiqi nəticəsini tapdı. Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız sərhəddə dalğalandırıldı. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu. Ölkəmizin suveren hüquqları çərçivəsində yaradılan “Laçın” sərhəd-buraxılış məntəqəsi legitim addımdır və bu dövlətimizin daxili işidir. Təbii ki, bu reallığı Ermənistan və onun havadarları qəbul etmək istəmir. “Humanitar” bəhanələrlə edilən manipulyasiyalar edən Ermənistan hərbi təxribatlar üçün süni səbəblər yaradır, həm də beynəlxalq ictimaiyyəti yanıltmağa çalışır. Bu mənada BMT Təhlükəsizlik Şurasınının avqustun 16-da Ermənistanın müraciəti əsasında keçirilən iclasında aparılan müzakirələr heç bir nəticə vermədi. Təhlükəsizlik Şurasında iştirak edən dövlətlərin əksəriyyəti Ağdam-Xankəndi yolundan Qarabağ bölgəsinə yüklərin çatdırılmasının tərəfini saxladılar. Həqiqətən, Ermənistan hakimiyyəti sadə sakinləri düşünsəydi, Ağdam-Xankəndi yolunun açılmasına maneə olmağa çalışmazdı. Xatırladaq ki, bundan əvvəl 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı, 2022-ci ilin sentyabr hadisələrindən sonra və həmin ilin sonlarında Ermənistan və ermənipərəst Fransa birləşərək BMT TŞ-də Azərbaycan əleyhinə qətnamələrin qəbul edilməsi üçün müraciət ediblər. Nəticədə döyüş meydanında məğlub olan Ermənistan diplomatiya müharibəsində də rüsvayçı məğlubiyyətlə üzləşiblər. Laçın sərhəd-keçid məntəqəsinin strateji əhəmiyyəti böyükdür. Qarabağda mövcud olan erməni silahlı birləşmələrinin və seperatçı qüvvələrin tərkisilah edilməsinin zəruri olduğunu nəzərə alsaq, sərhəd-buraxılış məntəqəsinin yaradılmasının nə qədər böyük önəm daşıdığını bir daha görərik. Sərhəd-buraxılış məntəqəsi Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş 10 minə yaxın hərbçinin rotasiyasının, habelə silah, sursat, mina və xarici terrorçuların daşınmasının qarşısını alır. “Laçın” sərhəd-buraxılış məntəqəsinin açılması beynəlxalq hüquq və Azərbaycan qanunvericiliyi çərçivəsində Meşəli soyqırımında əli olan Xaçaturyan Vaqif Çerkezoviçin saxlanılmasına səbəb oldu. Bu bir daha onun göstərir ki, ədalət gez-tez öz yerini tapır. Əminik ki, Meşəli, Xocalı cinayətkarlarının tutulması da həyata keçiriləcək. Bir vaxt havadarlarına arxalanaraq quduzlaşan erməni quldurları “Laçın” sərhəd-buraxılış məntəqəsində boyunlarını ələ veririlər. Azərbaycan həmişə milli maraqların qorunması naminə iradə nümayiş etdirir. Prezident İlham Əliyevin 1 may 2023-cü il tarixində ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı da qeyd etmişdir: “Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib... Məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir... Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacaqdır”.Erməni təbliğat maşını isə həmişə kimi öz yalanları ilə manipulyasiyalar etməkdədir. Erməni xisləti regionda sülhün olmasını istəmir. Görünən odur ki, rəsmi İrəvan süni gərginlik yaradaraq vəziyyətin pisləşməsini istəyir ki, bu da Ermənistanın maraq dairəsindədir. Xankəndi və ətrafında yaşayan ermənilərin sosial mediaya çıxışını əngəlləyən Ermənistan həqiqətin internet resurslarında yayılmasının qarşısını alaraq öz manipulyasiyalarını işə salırlar. Ermənilər “Laçın” sərhəd-buraxılış məntəqəsinin mövcudluğu üzərindən informasiya müharibəsini “miskin millət” obrazı ilə davam etdirirlər. 
    Qalib Quliyev,
    Xocalı rayon sakini
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib49 dəfə
    “miskin millət” obrazında rəsmi İrəvanın riyakarlığı məkrli xisləti

    Maraqlı gələ bilər
    22
    96
    41
    148
    86
    66
    128